waplog

“Oracle” şirkəti “Instantis”i satın alır


“Oracle” şirkəti “PPM” həllər (project portfolio management) istehsalçısı “Instantis” şirkətini satın alması haqqında elan edib. Sazişin şərtləri barədə məlumat verilmir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, satın alınmış şirkətin məhsulları həm istifadəçi obyektlərində, həm də hesablama “bulud”unda işləyəcək. Şirkətdən verilən məlumata əsasən, yeni texnologiya “Primavera” xətti, həmçinin “Fusion Applications” ilə birləşdiriləcək.

Hazırda “Instantis” şirkətinin əsas məhsulu “Enterprise Track” həllidir. Bu həll korporativ strategiyaların bütün elementlərini idarə etməyə imkan verir.“Instantis” şirkətinin məhsulları “DuPont”, “Credit Suisse”, “Xerox” və digər şirkətlərdə istifadə olunur.





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL