waplog

Yaponiyada mətni silən printer ixtira edilib


Yaponiyada mətni silə bilən printer ixtira olunub."ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, təqdim olunmuş həll iki aparatdan ibarətdir. Aparatlardan biri özündə printer, sürət aparatı, faks və skaneri birləşdirir və o, sənədləri xüsusi mürəkkəb vasitəsilə çap edir və surətini çıxarır.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, digər mexanizm sənəddəki mətni silərək onun ilkin  vəziyyətini bərpa edir. Qurğu, həmçinin mətni əvvəlcədən skanlaşdıraraq onu kompüterin yaddaşına göndərə və yalnız bundan sonra sənədi silə bilər.

"Loops" aparatlar sistemi 80 faizə qədər kağıza qənaət etməyə imkan verir və istehlak materiallarına vəsaitin qənaət edilməsində maraqlı olan müəssisə və firmalara hesablanıb.
"Loops" artıq növbəti ilin fevralında Yaponiya bazarına çıxarılacaq. İki aparatın qiyməti təxminən 17 min dollar təşkil edəcək.

 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL