waplog

Komada olan insan ətraf aləmlə əlaqə saxlaya bilər


Kanadalı neyrobioloqlar komada olan insanın ətraf aləmlə əlaqə saxlaya bildiyini müəyyənləşdiriblər.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 39 yaşlı Skott Rautlinin fikirlərini oxumaq üçün Qərbi Ontarionun Beyin İnstitutunda çalışan alimlər ən yeni skanerdən istifadə ediblər. Aparat beynin müxtəlif zonalarının, hətta ən cüzi fəallığını belə qeydə alıb. Bu halda alimlər xəstəyə sadə suallar veriblər.

Nəticədə cavabdan asılı olaraq çıxış impulslarının fərqləndiyi qeydə alınıb, onları "bəli" və ya "yox" kimi izah etmək olar.

"Skott əqli fəaliyyətə qadir olduğunu nümayiş etdirib" – professor Adrian Ouen bildirib.Beləliklə, alimlər ilk dəfə olaraq koma vəziyyətində olan insanın fikirlərini oxumaq yolu ilə onunla əlaqə saxlamaq imkanı əldə ediblər.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL