waplog

8.9 düymlü “Kindle Fire HD” planşetinin tədarüklərinə start verilib


“Amazon” şirkəti 8.9 düymlü “Kindle Fire HD” planşetinin tədarüklərinə start verib.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ABŞ-da planşetin 16 QB-lıq versiyasının qiyməti 299 dollar, 32 QB-lıq isə 369 dollara bərabərdir. Qurğuda reklama baxmaq istəməyən şəxslər əlavə olaraq 15 dollar ödəməli olacaqlar.

“LTE” şəbəkələrini dəstəkləyən “Kindle Fire HD 8.9” planşeti 1 həftədən sonra satışa çıxarılacaq və onun qiyməti baha olacaq: 32 qiqabayt daxili yaddaşa malik versiyanın qiyməti 499 dollar, 64 qiqabaytlıq versiya isə 599 dollar təşkil edəcək.

“Fire HD 8.9” planşetində ekranın təsvir ölçüsü 1920x1200 nöqtə təşkil edir. Ekrandakı piksellərin sıxlığı 1 düymdə 254 ədədə bərabərdir. Planşet 1.5 QHs takt tezlikli ikinüvəli “OMAP 4470” prosessoru ilə təchiz olunub və əməli yaddaş tutumu 1 QB təşkil edir.

Aparatın avtonom iş vaxtı 10 saata bərabərdir. Planşetin çəkisi 567 qrama bərabərdir, “micro-USB” və “micro-HDMI” konnektorları mövcuddur.

“Kindle Fire HD” planşeti modifikasiya edilmiş “Android 4.0” platforması ilə işləyir: “Amazon” planşet üçün şəxsi örtük və brauzerini (Silk) hazırlayıb, həmçinin istifadəçiləri “Google Play” mağazasına giriş imkanından məhrum edib. İstifadəçilər tətbiqləri yalnız “Amazon”un “Appstore” mağazasından yükləyə bilərlər.Xatırladaq ki, “Amazon” şirkəti “Kindle Fire HD” planşetlərini 2012-ci il sentyabrın əvvəlində təqdim edib.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL