waplog

Sərt disk seqmentində azalma qeydə alınıb


2012-ci ilin üçüncü rübü sərt disk istehsalçıları üçün uğursuz olub; sərt disk tədarüklərinin həcmi 11 faiz azalıb. “IHS iSuppli” ekspertləri bunu dünya iqtisadiyyatındakı qeyri-stabil vəziyyət, fərdi kompüter (FK) satışlarının azalması və planşetlərin populyarlığının artması ilə izah edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cari ilin iyul-sentyabr ayları ərzində 139,2 milyon sərt disk tədarük edilib. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin ikinci rübündə bu göstərici 157 milyona bərabər olub.

Sərt disk seqmentdəki qüvvələr nisbətinə gəlincə isə “Western Digital” ən iri sərt disk istehsalçısı olaraq qalır. “Seagate Technology” şirkəti 57,6 milyon göstərici ilə ikinci pillədə qərarlaşıb.

“IHS iSuppli” analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ilin dördüncü rübündə sərt disk tədarüklərinin həcmi yenidən azala bilər. Lakin əgər FK bazarında vəziyyət yaxşılaşsa, o zaman sərt disk bazarında da canlanma ola bilər.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL