waplog

“Azərkosmos” ASC-nin nümayəndələri ilə ARDNŞ-in Ekologiya İdarəsində görüş keçirilib


ARDNŞ-in Ekologiya İdarəsində “Azərkosmos” ASC-nin nümayəndələri ilə görüş keçirilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə idarənin məlumatında deyilir.Görüş zamanı qonaqlara Ekologiya İdarəsinin fəaliyyəti və həyata keçirilən ekoloji layihələr barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar “Azərkosmos” ASC-nin peyk texnologiyalarının tətbiqi ilə məlumatların yüksək dəqiqliklə alınması, onların emalı, müxtəlif sahələrdə effektiv tətbiqi və gələcəkdə bu istiqamətdə nəzərdə tutulmuş layihələr barədə  informasiya veriblər. Qeyd olunub ki, “Azərkosmos” ASC hazırda iki əsas layihənin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Bunlar,  “Kommunikasiya peyk layihəsi” və “Məsafədən zondlama layihəsi”dir.

Görüşdə “Azərkosmos” ASC-nin nümayəndəsi peyk texnologiyalarının neft-qaz sənayesində, o cümlədən ekoloji məsələlərin həlli istiqamətində tətbiqi barədə geniş təqdimatla çıxış edərək, bu sistemin istifadəsi üçün texniki  vasitələr, proqram təminatı, zəruri informasiyalar və kosmik məlumatların qəbuledici kompleksinin funksional imkanları ilə görüş iştirakçılarını tanış edib.

Sonda görüş iştirakçıları ARDNŞ-in fəaliyyət sahələrində ekoloji məsələlərin effektiv idarə olunması üçün peyk texnologiyalarının tətbiq imkanları barədə fikir mübadiləsi aparıblar. 
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL