waplog

1,5 milyard piksel təsvir ölçülü otaq


Amerikalı alimlər 1,5 milyard piksel təsvir ölçüsünə malik “Reality Deck” adlı televiziya otağı yaradıblar.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki,  “Reality Deck” televiziya otağının dörd divarı 416 ədəd yüksək keyfiyyətli ekrandan ibarətdir. Alimlər onların hazırlamasının dünyanın ən güclü qrafik sistemi olduğunu iddia edirlər.

Qurğunun ölçüləri 10 x 5.8 x 3 metrə bərabərdir. Universitet bəyan edib ki, “Reality Deck” milyard piksel təsvir ölçüsü səddini aşmış birinci hazırlamadır. Bu televiziya otağının təsvir ölçüsü yaxın rəqiblərindən 5 dəfə çoxdur.

İnformasiya texnologiyaları sahəsində əməkdar professor, layihənin direktoru Arye Kaufman bildirib: "Əgər 300 milyon amerikalının hər birinin peykdən fotosu çəkilsəydi, qurğumuzda onların hər birinin təsvirini eyni anda ekrana çıxarmaq üçün yer kifayət edərdi".

Təsvirlər ekrana 240 nüvəli super-kompüter vasitəsilə ötürülür. “Reality Deck” ABŞ-ın Milli Elm Fondunun alimlərə ayırdığı 1,4 milyon dollar qrantın sayəsində yaradılıb.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL