waplog

İngiltərədə “Pol” adlı robot rəssam yaradılıb


Fransalı rəssam, həmçinin mühəndis-konstruktor və hazırda Londonda yaşayan Patrik Tresse Pol adlı robot rəssam quraşdırıb. O, keyfiyyətli portretlər çəkə bilir.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, Pol, sözün əsl mənasında, robot deyil, o, xüsusi alqoritmlə idarə olunan karandaş tutmuş mexaniki əldən ibarətdir. Bütün işi məhz kompüter proqramı yerinə yetirir; o, insana web-kamera vasitəsilə “baxmaqla” onun üzünün obrazını yaradır. Əl isə onu kağıza köçürür.

Patrik Tresse qeyd edib ki, mexaniki əli hazırlamamaq da olardı; portretlər adi printer vasitəsilə də daha sürətli çap olunardı. Lakin robotun kağız üzərində rəsm çəkmə prosesi çox effektiv görünür.





EMİL



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL