waplog

İnternet-lampa doğma insanları bir-birinə yaxınlaşdıracaq (VİDEO)


"Good Night Lamp" cihazının yaradıcıları doğmalar arasındakı ayrılığı aradan qaldırmaq üçün həll təqdim ediblər. Yeni ixtira stolüstü lampalar dəstindən ibarətdir və onu qohum və ya dostlara paylamaq lazımdır. İnternetə qoşulmuş çıraqlar bir-biri ilə "ünsiyyət saxlamağa" başlayacaq.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, böyük lampanı yandırdıqda (və ya söndürdükdə) yaxın insanların da kiçik lampaları eyni hərəkəti edərək doğma insanın evə gəlməsini, oyanmasını və ya uzanmasını xatırladacaq.

Qeyri-adi lampanı "Əşyaların İnterneti" ideyasına aludə olmuş dizayner Aleksandra Deşamp-Sonsino hazırlayıb. Bu konsepsiyaya əsasən, bizim həyatımız artıq yaxın illərdə əsaslı surətdə dəyişəcək. Belə ki, yaxın gələcəkdə gündəlik predmet və məişət cihazları da qlobal şəbəkənin imkanlarından istifadə edə biləcək.
 


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL