waplog

Yeni texnologiyalar təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verir


Hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu baxımdan, cari ildə məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsinə xidmət edən cəza-icra qanunvericiliyinə mütərəqqi dəyişikliklərin edilməsi, onların ailə üzvləri ilə görüşmək, yazışmaq, telefonla əlaqə saxlamaq, televiziya verilişlərinə baxmaq kimi hüquqlarının və gəzinti müddətinin artırılması xüsusilə təqdirəlayiqdir. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov bildirib.

Nazir qeyd edib ki,  müasir texnologiya və avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilmiş yeni məhkəmə binalarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılıb, müasir konfrans zallarında isə hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb: "Zalda həmçinin, təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış zirehli şüşə otaqda saxlanılır.

Məhkəmədə ilk dəfə olaraq tətbiq olunan "Bloostar" adlı videokonfrans telefon sistemi ilə 6 qurumla eyni vaxtda müzakirələr aparmaq mümkündür. Tətbiq olunan İKT-lər təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verir. Açılış zamanı məhz bu texnologiyalardan istifadə olunaraq Bakı İstintaq Təcridxanası, habelə ölkəmizin üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə Şəhəri Nizami Rayon məhkəmələri ilə videobağlantı yaradılıb".
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL