waplog

"Apple" "Samsung"la əməkdaşlıqdan imtina edib


"Apple" şirkəti "iPad" və "MacBook" qurğuları üçün batareya istehsalı sahəsində "Samsung" şirkəti ilə əməkdaşlıqdan imtina edib və onu Çinin "Amperex Technology Limited" və "Tianjin Lishen Battery" istehsalçılarının zavodlarına keçirib.

“ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, bu barədə Çinin "China Business News" işgüzar nəşri məlumat verib.

Nəşr qeyd edib ki, sifarişlərin digər zavodlara keçirilməsi bu komponentlərin istehsalı ilə məşğul olan "Samsung SDI" bölməsinin "Apple" qurğuları üçün batareya tədarüklərini tam dayandırması ilə bağlıdır.
Tədarüklərin dayandırılması səbəbi açıqlanmayıb."Samsung" və "Apple" şirkətinin nümayəndələri hələ ki bu barədə məlumat verməyiblər.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL