waplog

M.Abbaszadə: “Hazırda TQDK-nın göstərdiyi elektron xidmətlərdən hər il 200 mindən çox insan yararlanır”


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 1999-cu ildən etibarən əhaliyə elektron xidmətlər göstərməyə başlayıb və bu sahədə ölkəmizdə ilk dövlət qurumlarından biri olub. Hazırda TQDK-nın göstərdiyi elektron xidmətlərdən hər il  200 mindən çox insan yararlanır.

 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Komissiyanın sədri Məleykə Abbaszadə "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 20 il: İnkişaf mərhələləri" adlı beynəlxalq konfransda səsləndirib.

Onun sözlərinə görə, 1995-ci ildən TQDK-da "Mənim məktəbim" portalı yaradılıb. Həmin portala 4500 məktəbin qəbul imtahanlarında göstərdiyi göstəricilər əks olunub. Bu ildən həmin portala şagirdlərin buraxılış imtahanlarında göstərdiyi nəticələr də daxil olub.

TQDK-da "Tələbə-məzun elektron bazası"nın yaradıldığını deyən M.Abbaszadə bildirib ki, bu bazaya 1992-2012-ci illərdə qəbul imtahanlarında iştirak edən şəxslər haqqında məlumatlar daxil olub. Bazaya ölkədə fəaliyyət göstərən bütün ali və orta ixtisas məktəbləri, bir sıra dövlət qurumları qoşulublar. İndiyədək ali məktəblər tərəfindən bazaya 83 mindən çox insan haqqında məlumat daxil olub.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL