waplog

20 il əvvəl ictimaiyyət ilk smartfonla tanış oldu


1992-ci il noyabrın sonunda Las-Veqasda keçirilən “COMDEX” sərgisində dünyada birinci smartfon nümunəsi - “Simon Personal Communicator” təqdim edilmişdi. Beləliklə, ictimaiyyət 20 il bundan əvvəl özündə mobil telefon və cib fərdi kompüterini (PDA) birləşdirən qurğu ilə tanış olmuşdu. “Simon” zəng, faks, mesajı dəstəkləyirdi və digər funksiyalar təklif edirdi.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Simon Personal Communicator” (SPC) qurğusu 1994-cü ildə 899 dollar qiymətinə satışa çıxarılmışdı. Zamanla aparatın qiyməti 599 dollara qədər azalmış və 1.5 il ərzində cəmisi 50 min belə smartfon satılmışdı.
 
“SPC”-də kamera mövcud deyildi, 4.5 düymlü ekranın təsvir ölçüsü 160×293 nöqtə təşkil edirdi, informasiyanın daxil edilməsi üçün stilusdan istifadə mümkün idi. Daxili yaddaşın həcmi 1 meqabayta bərabər idi, yaddaş kartı vasitəsilə onu 1,8 meqabayta qədər artırmaq mümkün idi.
Aparat 16 MHs (meqahers) takt tezliyində işləyən “Vadem” prosessoru ilə təchiz edilmişdi. Tədarük dəstinə iki ədəd nikel kadmium batareyası daxil idi və qurğu sahibi 1 saat danışa bilərdi. Smartfonun çəkisi 500 qramdan bir qədər çox idi.“Simon Personal Communicator”-un satışları 1995-ci ilin fevralında dayandırılıb.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL