waplog

2013-cü ilin yazında “Full HD” ekrana malik smartfon istehsal ediləcək


“Optimus G” qurğusunun çıxarılmasından cəmi bir neçə ay ötməsinə baxmayaraq, “LG” şirkəti boş dayanmayaraq daha güclü smartfon hazırlayır. Şayiələrə görə, aparat “Full HD” ekranı ilə təchiz ediləcək və 2013-cü ilin mayında bazara çıxarılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “LG” şirkətinin “Android” platforması əsasında işləyəcək  yeni super-smartfonu 1080p təsvir ölçüsünə malik 5 düymlü ekranla təchiz ediləcək.
“LG” şirkətinin yeni smartfonu yalnız keyfiyyətli ekranla deyil,  həm də güclü texniki xüsusiyyətləri ilə fərqlənəcək: o, 2 QHs takt tezliyində işləyən “Qualcomm” prosessoru ilə təchiz ediləcək.

Koreyanın “LG” və “Samsung” şirkətləri arasındakı qarşıdurma əzəli rəqiblərin daha da güclü texniki xüsusiyyətlərə malik qurğular hazırlamasına stimul yaradır.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL