waplog

“Meizu” şirkəti “MX2” smartfonunu rəsmi şəkildə təqdim edib


"Meizu" şirkəti "MX2" smartfonunu rəsmi şəkildə təqdim edib. Smartfon 1,6 QHs (qiqahers) takt tezliyində işləyən 4 nüvəli prosessor, 2 QB əməli yaddaşla təchiz olunub, ekranın diaqonalı 4,4 düym, təsvir ölçüsü 1280×800 nöqtə təşkil edir.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, modellər 16, 32 və 64 QB daxili yaddaşla təchiz edilə bilərlər. Qurğu 8 meqapikselli əsas kameraya, "Wi-Fi", "Bluetooth", "GPS" və "QLONASS" modullarına malikdir, "3G" şəbəkələrində işləyir, datçiklər dəsti ilə təchiz edilib, batareyanın tutumu 1800 milliamper/saat təşkil edir. İstehsalçının iddiasına görə, batareyanın tutumu "3G" şəbəkələrində danışıq rejimində 10 saat və "2G" 13 saat üçün kifayət edir.Smartfon "Android 4.1" platformasının modifikasiya edilmiş versiyası ilə işləyir.
 



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL