waplog

İnformatika üzrə seminar iştirakçılarına TQDK əməkdaşları tərəfindən treninq keçiriləcək


2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib. Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər.   

“ICTnews” elektron xəbər xidmətinin TQDK-ya istinadən verdiyi məlumata görə, seminar iştirakçılarına 2012-ci ildə magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (B variantı) statistik göstəricilər əsasında elmi-metodiki təhlili təqdim edilib. İştirakçılar test tapşırıqları ilə bağlı fikir və mülahizələrini bildiriblər.  

Növbəti iclasda iş planına uyğun olaraq test tapşırıqlarının hazırlanmasına, tərcüməsinə və ekspertizasına qoyulan tələblər və metodiki tövsiyələr haqqında seminar iştirakçıları üçün TQDK əməkdaşları tərəfindən treninq keçiriləcək.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL