waplog

Saytların 20 faizi fərdi məlumatları satır


Saytların əksəriyyətində məxfilik siyasəti haqqında saziş mövcuddur. Sazişdə bəzi hallarda  qeyd olunur ki, resurs, məsələn, fərdi məlumatları toplamaq və ya onları üçüncü şəxslərə satmaq hüququna malikdir. Lakin belə maddələri axtarıb tapmaq heç də asan deyil. Hüquq terminlərinin mövcudluğu cəhətdən belə sənəd, bir qayda olaraq, sadə istifadəçi üçün çətin anlaşılandır. İstifadəçi  hansı nüanslara diqqət yetirmək lazım olduğunu bilmir və ehtimal ki, sənədi axıra kimi də oxumayacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “PrivacyChoice” şirkətinin təsisçisi Cim Brok internetdən məxfilik siyasəti haqqında 4 mindən çox saziş toplayıb. Onun komandası 2500 sazişi araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, saytların 60 faizi fərdi informasiyanı silməmək hüququna malikdir, 20 faizi isə onu sata bilər.

Brokun sözlərinə görə, 2500 saytdan 63 faizi məlumatları üçüncü şəxslərə verməyəcəyinə söz verib. “Apple.com” daxil olmaqla saytların  10 faizi həmin məlumatları reklam məqsədi ilə paylaşmayacağını bəyan edib və 8 faizi isə ümumiyyətlə, fərdi məlumat toplamadığını bildirib. Saytların 20 faizi isə fərdi informasiya ilə nə etməyi planlaşdırdığı barədə məlumat verməyib.

“PrivacyChoice” şirkəti gələcəkdə ən böyük şirkətlərin 10 min sazişini təhlil etməyə və məxfilik siyasəti ilə bağlı xüsusi "Vikipediya" yaratmağa ümid edir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL