waplog

Şəkidə təməli qoyulan məhkəmə kompleksi ən müasir rabitə və informasiya texnologiyaları ilə təchiz olunacaq


Şəki şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən yeni məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin məlumatında deyilir.
İnşa olunan Şəki Məhkəmə Kompleksi 4 məhkəmədən: regional apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və rayon məhkəmələrindən ibarət olan ilk məhkəmə kompleksidir.

Bölgənin 11 rayonunu əhatə edən məhkəmə kompleksi üç mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilib. Yeni istifadəyə verilmiş məhkəmə binalarında olduğu kimi, bu kompleks də hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması üçün ictimai və inzibati zonaya bölünəcək.

Bina həmçinin, ən müasir rabitə və informasiya texnologiyaları ilə təchiz olunmaqla vətəndaşlara lazım olan informasiyanı asanlıqla əldə etməyə, habelə məhkəmə iclaslarında audio-video yazılışlarını və videokonfransları aparmağa imkan yaradacaq.
 
CAHANGİR



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL