waplog

“Google”-un direktoru kitab nəşr etdirəcək


"Google"-un sabiq baş direktoru, hazırda şirkətin Direktorlar şurasının sədri Erik Şmidt 2013-cü ilin yazında kitab nəşr etdirmək niyyətindədir. O, kitabı "Google Ideas"-ın direktoru Cared Koenlə birgə yazacaq və kitab aprelin 23-də "Knopf Publishers" nəşriyyatında işıq üzü görəcək.

"Gələcək trendlər və onların imkanlarının müzakirəsi" kitabın əsas mövzusu olacaq. Müəlliflər bildiriblər ki, kitabın mövzusu biznesin gələcəyi, vətəndaş cəmiyyəti, siyasət, təhlükəsizlik, terrorizm və diplomatiya, həmçinin bütün bunların mövcud və inkişaf etməkdə olan texnologiyalarla uyğunluğu haqqında olacaq. Nəşriyyatdan verilmiş məlumata əsasən, aprelin 23-də kitabın ilk 150 min nüsxəsi buraxılacaq, bundan sonra əlavə nəşrlər də işıq üzü görə bilər.

"Tezliklə dünyada mövcud olan hər şey bir-biri ilə əlaqələndiriləcək. Yaxın illərdə qlobal şəbəkəyə qoşulacaq milyardlarla insan yeni virtual dünya yaradacaqlar. 2025-ci ilədək əhalinin böyük əksəriyyəti tam şəkildə rəqəmli dünyaya keçməli olacaq. Nəticədə onlar vahid hökuməti olmayan ən böyük məkandan (internet) filtrasiya edilməmiş informasiyaya çıxış imkanı əldə edəcəklər" - kitabın müəllifləri yazıblar.

Kitabın həm kağız, həm də elektron versiyada buraxılacağı güman edilir.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL