waplog

“Volvo” avtomobilləri sürücüsüz hərəkət edəcəklər


İsveçin "Volvo Car" şirkəti avtomobillərini avtomatik kompüter idarəetmə sistemi ilə təchiz edəcək birinci istehsalçı olmağı planlaşdırır. Birinci partiyanın artıq 2014-cü ildə istehsal ediləcəyi gözlənilir.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, birinci nümunələr artıq sınaqdan keçib. "Gələcəyin avtomobilləri"ni simsiz internetlə təchiz etmək nəzərdə tutulub. Bu halda borta quraşdırılmış kompüter digər avtomobillərlə "ünsiyyət" saxlayaraq yoldakı hərəkət rejimi haqqında məlumat əldə edəcək.

Beləliklə, münasib sürət rejimi və hərəkət marşrutu seçmək imkanı yaranacaq. Yolda hərəkət edərkən digər maşınları müşahidə etmək üçün videokamera, radar, lazer məsafəölçəni və sairdən istifadə olunur.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL