waplog

“LG” şirkəti “ağıllı” çaxır soyuducusu istehsal edib


Koreyanın "LG Electronics" şirkəti "ağıllı" çaxır soyuducusu hazırlayıb və bu həll üçün patent alıb. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdən verilən məlumata görə, yeni hazırlama soyuducu üçün bütün ənənəvi imkanlara malikdir.

Soyuducu, həmçinin bir sıra funksiyalarla təchiz edilib. Belə funksiyalara daxili kamera aiddir. O, çaxır etiketlərini çəkə və "tanıya", həmin məlumatları emal edə və soyuducu sahibinə hər bir butulka haqqında məlumat vermək üçün onları internetdə yerləşdirilmiş baza ilə yoxlaya bilər. Bundan başqa, soyuducu uzaq məsafədən idarəetmə imkanını dəstəkləyir.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL