waplog

“RİM” şirkəti 2000 əməkdaşını işdən çıxarıb


“RİM” şirkəti 2000 əməkdaşını ixtisar edib. Bu, Kanada korporasiyasının ştatının 11%-ni təşkil edir. Hətta şirkətin əməliyyat direktoru Don Morrison işdən çıxarılıb.Xatırladaq ki, “RİM” şirkəti gözlənilən ixtisarlar haqqında hələ iyun ayında elan etmişdi. Ötən yaz korporasiyanın qazancı 4,9 milyard dollar təşkil edib, halbuki analitiklər 5,1 milyard dollar olacağını hesablayırdılar. “RİM” şirkətinin təmiz rüblük gəliri 1 il ərzində 769 milyon dollardan 695 milyon dollara azalıb.
Yay nəticəsinə görə, kanadalılar 4.2 milyard dollar dəyərində qazanc və səhm üçün 0.75-1.05 gəlir əldə etməyi hesablayırlar. “RİM” şirkəti vəziyyətinin pisləşməsinin əsas səbəbi kimi “Apple” və “Google” şirkətləri ilə rəqabətin artmasını göstərib.


www.onliner.by

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL