waplog

Kontakt linzalar “LCD” displeylə təchiz ediləcək (VİDEO)


Belçikalı alimlər "LCD" displeylə təchiz edilmiş kontakt linzalar hazırlayıblar. Gent Universitetində çalışan ixtiraçılar bildiriblər ki, yeni linzalardan kosmetik və müalicəvi məqsədlər üçün istifadə etmək olar.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "LCD" displeylə təchiz edilmiş linzalar "LED" displeyə malik kontakt linzalardan fərqli olaraq, çoxlu sayda piksel əks etdirməyə "qadirdir". Texnologiyanın analoqu yoxdur və hələ ki belə kiçik ekranların istehsalında müəyyən çətinliklər yaşanır.

Belə linza sahibləri istəkdən asılı olaraq gözlərinin rəngini dəyişdirə bilərlər. İstehsalçıların sözlərinə görə, belə kontakt linzalar gələcəkdə keyfiyyətli təsviri istifadəçinin görmə sahəsinə yerləşdirməyi "öyrənəcək". Hazırda belə linzanın nümunələri yalnız sadə təsvirləri əks etdirə bilir.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL