waplog

Azərbaycanın regionlarında əhalinin kompüter biliklərinin artırılması istiqamətində işlər davam etdirilir


Kompüter biliklərinin tədrisi prosesində yaxından iştirak edən və bu işdə dəyərli töhfələrini verən AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) İT ixtisasları üzrə peşəkar mütəxəssis hazırlığı fəaliyyətin mühüm istiqamətlərindən biridir.

Bu gün institutda İT üzrə milli kadr hazırlığı istiqamətində məqsədyönlü işlər aparılır. İnformatikanın tədrisi prosesinin vüsət almasında böyük xidmətləri olan institutun Tədris-İnnovasiya Mərkəzi 2005-ci ildən regionlarda orta ümumtəhsil məktəblərinin müəllimləri üçün informatika fənninin tədrisi, kompüter kurslarının təşkilində yaxından iştirak edir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun məlumatında deyilir. 2010-cu ildən etibarən ölkənin müxtəlf regionlarında İKT sahəsində fəaliyyət göstərən müəssisələrin vahid şəbəkədə birləşdirilərək koordinasiya edilməsi, əhalinin sistemli, beynəlxalq standartlara uyğun şəkildə maarifləndirilməsi işinin təşkil olunması istiqamətində tədbirlər həyata keçirilib.

Hazırda Tədris-İnnovasiya Mərkəzi Ağstafa, Balakən, Hacıqabul, İsmayıllı, Mingəçevir, Qax, Qazax, Şəki, Şirvan, Tovuz və Zaqatalada kompüter tədrisini təşkil edən müəssisələrlə sıx əməkdaşlıq edir, regionlarda yaşayan əhalinin, o cümlədən müəllimlərin İKT hazırlığının artırılması, kompüter kurslarının təşkili ilə bağlı metodiki-təşkilati dəstək göstərir.

Eyni zamanda, həmin müəssisələrdə təşkil olunan kursların iştirakçılarının biliklərinin qiymətləndirilməsi və sertifikasiya işləri həyata keçirilir. Təkcə 2012-ci ilin əvvəlindən regionlarda 21 imtahan keçirilmiş, 500-dən çox kompüter istifadəçisinə sertifikat verilib.

Ümumilikdə, AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2005-2012-ci illərdə Azərbaycanın müxtəlif regionlarında təşkil edilmiş kurslarda 1780 nəfərə sertifikat verilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL