waplog

“Rabitə” Çempionlar Liqası yarışlarının pley-off mərhələsinə yüksəlib


Bakının qadın voleybolçulardan ibarət "Rabitə" klubu Çempionlar Liqası yarışlarının 2012/2013-cü il mövsümündə altıncı oyununa çıxıb.

Komandamız qrup mərhələsi çərçivəsindəki son matçında "Sərhədçi" Olimpiya İdman Mərkəzində Çexiyanın "Agel" klubunu qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun "Rabitə"nin 3:0 (25:17, 25:23, 25:15) hesablı qələbəsi ilə başa çatıb.

Komandamız 15 xalla qrup lideri kimi yarışın pley-off mərhələsinə vəsiqə qazanıb. "Rabitə" ilk oyununu səfərdə məhz "Agel"ə qarşı keçirmiş və qələbə qazanmışdı – 3:0. İtaliyanın "Villa Korteze" klubu ilə Bakıdakı görüşdə 3:1 hesablı qələbə əldə olunmuşdu. "Atom" (Polşa) ilə görüşlərdə isə 3:0 və 3:1 hesablı qələbələr qeydə alınıb.

"Rabitə" son olaraq "Villa Korteze"yə səfərdə 3:1 hesabı ilə qalib gəlib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL