waplog

“İnformasiyalı cəmiyyət üçün yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasına doğru”


Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Milli Kitabxana ilə birgə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyinə həsr olunmuş "İnformasiyalı cəmiyyət üçün yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasına doğru" mövzusunda elmi konfrans keçirilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Milli Kitabxanadan məlumat verilib.

Kitabxanadan bildirilib ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev müasir dövrdə Azərbaycanda kitabxanaşünas, kitabşünas və nəşriyyat redaktoru ixtisasları üzrə yüksəkixtisaslı, ali təhsilli kadr hazırlayan yeganə fakültə kimi BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətini xüsusi qeyd edib.

O, bu əlamətdar gün münasibətilə bütün kitabxana ictimaiyyətini, xüsusilə də Kitabxanaçılıq-informasiya fakültəsini, onun professor-müəllim heyətini təbrik etmiş, gələcək yaradıcılıq uğurları diləyib. Sonra fakültənin 50 illik yubileyi münasibətilə Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası tədbir iştirakçılarına təqdim edilib və onların böyük marağına səbəb olub.

Əsas məruzəçi Milli Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent Kərim Tahirov öz çıxışında məzunu olduğu Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik tarixinə nəzər salıb, əldə olunmuş uğurlardan söhbət açıb, fakültənin yaradılmasında böyük rolu olmuş böyük alim, tarix elmləri doktoru, professor Abuzər Xələfovun xidmətlərini xüsusilə qeyd edib.

Çıxışçılar - BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfov, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, fakültənin Kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dos. Knyaz Aslan, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Milli Məclisin kitabxana işinin təşkili sektorunun müdiri, Dövlət qulluğunun baş müşaviri Mehman Namazov fakültənin keçdiyi 50 illik tarixdən danışıb, maraqlı məlumatlar, faktlar barədə tədbir iştirakçılarına informasiya veriblər. 

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL