waplog

Türkiyə rəqəmli televiziyaya nə vaxt keçir?


Türkiyənin Radio və Televiziya Qurumu rəqəmli yayıma keçid təqvimini dərc edib. Türkiyə Dövlət Teleradio Şirkətinin (TRT) verdiyi məlumata əsasən, rəqəmli yayıma keçid prosesi sürətlə gedəcək və 2013-2015-ci illər ərzində başa çatdırılacaq.

TRT rəqəmli yayıma başlamaq üçün ötürücü aparatların quraşdırılması işlərini artıq başa çatdırıb, kommersiya yayım vasitələri isə hələ bu işi davam etdirirlər.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, 2015-ci ilədək analoq və rəqəmli televiziya paralel şəkildə mövcud olacaq, rəqəmli zonaya isə tədricən yeni regionlar qoşulacaq. Rəqəmli yayım üçün tezliklər üzrə tenderin keçirilməsi isə 2013-cü ilin birinci rübünə planlaşdırılır.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL