waplog

Salyanda poçt şöbələri istifadəyə veriləcək


Yaxın günlərdə Salyan Poçt Filialının Qaraçala, İmişli Regional Poçt Filialının Məmmədli, Şabran Poçt Filialının Rəhimli poçt şöbələri istifadəyə veriləcək.

"Azərpoçt" MMC-dən "İCTnews"-a verilən məlumata görə, poçt şöbələri ən müasir avadanlıq və mebel dəstləri ilə təchiz edilməklə vətəndaşlara məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.

Qeyd edək ki, "Azərpoçt" MMC 1600-ə yaxın poçt şöbəsi ilə əhaliyə poçt və bank xidmətləri göstərir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL