waplog

"Sony” çox güclü smartfon hazırlayır


"Sony" şirkəti 2013-cü ildə çox güclü smartfon istehsal etməyi planlaşdırır. Yeni cihaz "Full HD" (1080p) təsvir ölçüsündə 5 düymlü sensor ekran, 3 QB əməli yaddaş və 16 meqapikselli kamera ilə təchiz ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Sony" şirkətinin istehsalı olan smartfonda ilk dəfə olaraq "Samsung"un prosessorundan istifadə ediləcək. Şirkət bundan əvvəl "Qualcomm" çiplərinə üstünlük verirdi.

Cihaz 128 qiqabayt daxili yaddaşa malik olacaq. Bu göstərici "iPhone" və ya "Galaxy S III" kimi aparıcı modellərlə müqayisədə 2 dəfə çoxdur. Bundan başqa, qurğunun korpusu toza və rütubətə qarşı davamlı olacaq.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL