waplog

Kompüterlər tezliklə insan hisslərinə sahiblənəcək


Dünyanın ən böyük kompüter istehsalçılarından biri "IBM" korporasiyası yaxın 5 il ərzində insanların həyatını dəyişdirə biləcək 5 innovasiya haqqında məlumat verib.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, alimlərin fikrincə, bəşəriyyət hazırda koqnitiv hesablama sistemləri erasının astanasındadır. Bu o deməkdir ki, kompüterlər tezliklə insan hisslərinə (görmə, eşitmə, iybilmə toxunuş və dad) sahiblənəcək.

Görmə qabiliyyəti.

"IBM" hesab edir ki, kompüter sistemləri yaxın 5 il ərzində görməyi, yəni fotonun məzmununu başa düşməyi "öyrənəcək". Hazırda onlar fotonun mənasını o halda başa düşə bilər ki, təsvir mətn informasiyası ilə müşayiət olunsun. Bu texnologiya xüsusilə səhiyyə sahəsində gərəklidir.

Məsələn, kompüter sistemləri rentgen şəkillərində və ya ultrasəs müayinəsində nəyin əks olunduğunu başa düşə və bu informasiyanı təhlil edə bilər.

Eşitmə qabiliyyəti    


Alimlərin fikrincə, kompüter sistemləri əldə edəcəyi daha bir duyğu orqanı sayəsində audio verilənləri tədqiq etmək imkanına malik olacaq. Belə datçiklər ətrafda nə baş verdiyini anlayacaq və gözlənilən təhlükələr (məsələn, ağac yıxılması) haqqında xəbərdarlıq edəcək.

Dad bilmə qabiliyyəti

Belə duyğuları sınaqdan keçirə bilən sistemlər insanların düzgün qidalanmasına kömək edəcək.

Toxunuş qabiliyyəti

Kompüter və ya mobil telefona hazırda başqa yerdə olan əşyanın zahiri görünüşünü ötürməyə imkan vermək üçün ekranın vibrasiyasından istifadə edir. "IBM" korporasiyası hesab edir ki, bu həll internet mağazalardan geyim aldıqda yardıma gələcək.

İybilmə qabiliyyəti

Tədqiqatçılar smartfonun həkimi əvəz edəcəyinə əmindirlər. O, kiçik ölçülü datçiklərin topladığı informasiyaya əsaslanaraq insana diaqnoz qoya biləcək. Bu, qaraciyər və böyrək funksiyalarının pozulması, astma, diabet və epilepsiya kimi xəstəlikləri təyin etməkdə yardımçı olacaq.

"IBM" korporasiyası "IBM 5 in 5" siyahısını 2006-cı ilin dekabrından etibarən hər il dərc edir. Şirkətin proqnozları bazar və sosial tendensiyalara, həmçinin "IBM"-in elmi-tədqiqat laboratoriyalarının hazırlamalarına əsaslanır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL