waplog

Azərbaycanın İKT sahəsində fəaliyyət göstərən sahibkarları Minskdə görüşlər keçirəcək


Sabah Minsk şəhərində "Azərbaycan: inkişaf və tərəqqi yolunda" tədbiri çərçivəsində Azərbaycan-Belarus biznes forumu keçiriləcək. Bu barədə “ICTnews.az” elektron xəbər xidməti İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sözügedən tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, sənaye, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, xalq sənətkarlığı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcəkdir.

Azərbaycan mənşəli məhsulların ixracının təşviq olunması məqsədilə tədbir çərçivəsində təqdimatların və sahibkarlar arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL