waplog

Ən böyük mobil aparat istehsalçısı hansı şirkətdir?


"IHS iSuppli" analitik şirkəti geridə qoyduğumuz ildə mobil cihaz bazarının inkişafı ilə bağlı ilkin nəticələri elan edib. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, hesablamalara görə, 2012-ci ildə mobil telefon və smartfon satışlarının həcmi ötən illə müqayisədə yalnız 1 faiz artacaq.

Bu halda smartfonlara tələbat 35,5% hoppanacaq. "Nokia" şirkəti 14 ildə ilk dəfə olaraq mobil telefon istehsalçılarının reytinqində liderliyi əldən verəcək: şirkətin bazar payı 24 faiz təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 30 faizə bərabər olmuşdu. 29 faiz bazar göstəricisinə malik "Samsung" şirkəti birinci yerdə qərarlaşacaq. 1 il bundan əvvəl koreyalıların bu seqmentdəki payı 24 faizə bərabər idi.

"Apple" üçüncü yerdə qərarlaşacaq: 1 il ərzində onun bazar payı 7-dən 10 faizədək artacaq. "Samsung", həmçinin smartfon seqmentində liderlik edir: 1 il ərzində bazar payını 20-dən 28 faizədək artırıb. Mövqeyini (19-dan 20 faizədək) bir qədər yaxşılaşdırmış "Apple" şirkəti ikinci olub. Alıcılarını itirməyə davam edən "Nokia" şirkəti üçüncü yerdə qərarlaşıb.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL