waplog

“118” xidməti biznes qurumlarına SMS xidməti təklif edir


“118” Məlumat sorğu xidməti yeni xidmətlərini yalnız sıravi istifadəçilərinə deyil, korporativ müştərilər üçün də təklif etməkdədir. “ICTnews.az”-ın sözügedən xidmətə istinadən verdiyi məlumata görə, artıq “118” xidməti biznes qurumlarına “Bulk SMS” xidmətini təklif edir.

“Bulk SMS” xidməti – internet səhifəsi üzərindən minlərlə abonentin birbaşa mobil telefonlarına bir an içində qısa mesaj vasitəsilə hər hansı bir elanı, kampaniya və endirim haqda məlumatları şirkət adından çatdırma imkanı deməkdir.

İstifadədə asan olan bu xidmət vasitəsilə biznes qurumları yeniliklər, kampaniyalar, həmçinin ödəmələr, eləcə də konfrans və tədbirlərə dəvətlə əlaqədar məlumatın müştərilərinin və ya əməkdaşlıq etdikləri şəxslərin mobil telefonlarına SMS vasitəsi ilə çatdırılması imkanını əldə edirlər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL