waplog

“Azərpoçt” MMC “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə görə sertifikat aldı


"Azərpoçt" MMC ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş Dünya Bankının maliyyələşdirdiyi "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində ölkəmizin şəhər və regionlarında əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını təmin edir və əhatə dairəsini daim genişləndirməkdə davam edir.

Azərbaycan-Dünya Bankı "İnkişaf naminə 20 illik tərəfdaşlıq" münasibətilə 14 dekabr 2012-ci il tarixdə keçirilmiş tədbirdə ən yaxşı müəssisə kimi "Azərpoçt" MMC-yə Azərbaycan Respublikası Baş nazirin müavini cənab Abid Şərifov və Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru cənab Henry Kerali tərəfindən imzalanmış "Ucqar kənd yerlərində müasir standartlara cavab verən xidmətlərin göstərilməsi" nominasiyası üzrə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi ilə bağlı sertifikat təqdim edilib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL