waplog

“RIM” şirkəti “NewBay” bölməsini satıb


Kanadanın “Research in Motion” (RIM) şirkəti “bulud” xidməti göstərən “NewBay” bölməsini “Synchronoss Technologies” şirkətinə 55,5 milyon dollara satıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, mobil operatorlar ”NewBay”-in məhsulları vasitəsilə mobil məzmunu müştərilərin mobil telefon, “ağıllı” telefon, planşet və televizorlarına nisbətən aşağı başlanğıc xərcləri ilə tədarük edə bilərlər.

"Synchronoss” şirkəti “NewBay” texnologiyalarına, həmçinin onun milyonlarla abunəçisinə çıxış əldə etməklə mobil və kabel operatorlarına mobil məzmun tədarük edilməsində öz liderliyini daha da möhkəmləndirəcək" – “Synchronoss” şirkətinin baş direktoru Stiven Valdis bildirib.

Xatırladaq ki, “RIM” “NewBay” şirkətini 2011-ci ilin oktyabrında 100 milyon dollara satın almışdı.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL