waplog

“Azərpoçt” MMC-nin 1132 poçt şöbəsi mərkəzi serverə qoşulur


“Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində “Azərpoçt” MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülür. Müəssisədən verilən məlumata görə, Bakı şəhərində 2 poçt şöbəsi istisna olmaqla (AZ1064 və AZ1068) 127 PŞ, rayon poçt şöbələri üzrə 760 poçt şöbəsinin vahid şəbəkəyə qoşulması təmin edilib.

Bundan başqa, 57 rayon PF-nin rayon mərkəzində fəaliyyət göstərən bütün PŞ-nin hamısı və texniki imkanlıq olan kənd PŞ-də yaradılmış qruplar tərəfindən kommunikasiya əlaqəsi yaradılıb. Kommunikasiya əlaqəsi yaradılan poçt şöbələrinin son nöqtə avadanlıqları sazlanaraq, zəruri proqram təminatı və təhlükəsizlik tədbirləri görülərək kompüterlərlə təmin edilməsi və quraşdırılması istiqamətində işlər davam etdirilir.

Kompüterlərin yerlərdə quraşdırılması üçün “Azərpoçt” MMC tərəfindən mütəxəssislər göndərilir və poçt şöbələrində quraşdırılaraq müvafiq işçilərə təlimatlar verilir. Kompüterləşdirilən şöbələrdə AKİS və KÖMİS-ə qoşulma üçün sistemə giriş üçün istifadəçi adları, parol və E-token qurğusu ilə təmin edilir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL