waplog

BTRİB-in transmissiya şəbəkəsinin tam rəqəmləşdirilməsi başa çatdırılıb


"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"na (Elektron Azərbaycan) uyğun olaraq BTRİB-in transmissiya şəbəkəsinin tam rəqəmləşdirilməsi başa çatdırılıb.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni nəsil telekommunikasiya texnologiyaları əsasında birliyin böyük tutumlu TDM tipli ATS-nin müasir xidmətlər göstərmə imkanlıqları genişləndirilmiş, onlar İP transmissiya platformasına qoşulmuş, transmissiya şəbəkəsi optimal olaraq yenidən qurulmuş, giriş rabitə qovşaqları prinsipi ləğv edilərək şəbəkənin İP platforma üzərinə alternativ olaraq keçirilməsi təmin edilib.

Onun sözlərinə görə, hal-hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən "Bakinternet" internet provayder platforması qlobal internet şəbəkəsinə böyükhəcmli kanalla qoşulub. "Bakinternet" internet provayder platformasının özü isə dünyanın ən qabaqcıl İT istehsalçılarının texnologiyaları əsasında rekonstruksiya olunaraq çox güclü provayder platforması kimi yenidən istismara verilib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL