waplog

Sürətli mobil prosessor istehsal edilib


"Nvidia" şirkətinin "CES 2013" sərgisinin başlamasına az qalmış ərəfədə təqdim etdiyi yeni "Tegra 4" mobil çipi gələcəkdə "ağıllı" telefon və planşetlərdə quraşdırılacaq. "Nvidia"nın direktoru Cen-Sun Xanq bildirib ki, "Tegra 4" hazırda ən məhsuldar "SoC" çipdir. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, mobil çipin daxilində 4 ədəd "ARM Cortex A15" mobil nüvəsi, həmçinin baza hesablamaları üçün əlavə zəif nüvə mövcuddur.

Xanq bildirib ki, "Tegra 4" mobil çipinin real məhsuldarlığı "Tegra 3" ilə müqayisədə təxminən iki dəfə çoxdur. "Nvidia" müqayisə zamanı "Google Nexus 10" planşetindən etalon kimi istifadə edib. "Tegra 3" mobil çipi əvvəlcədən müəyyən edilmiş veb-məzmun dəstini 50 saniyə ərzində yükləyib, "Tegra 4"-də isə bu göstərici 27 saniyəyə bərabərdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL