waplog

Naxçıvanın müəssisələrində informasiya sistemlərindən istifadəsini asanlaşdırmaq üçün təlim keçirilir


"Mədəd Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən İnformasiya Sistemlərinin istismarı üzrə növbəti təlim bu dəfə Naxçıvan Muxtar Respublikasında aparılıb. Təşkilatdan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində dövlət qurumlarında çalışan İnformasiya Texnologiyaları üzrə mütəxəssis və menecerlərə Norveçdən dəvət olunmuş ekspert Even Yar tərəfindən "İnformasiya Sistemlərinin İdarə Olunması" mövzusunda təlim 17-21 dekabr tarixlərində keçirilib.

Beş gün davam edən bu təlimin məqsədi Azərbaycan təşkilatlarında informasiya sistemlərinin (İS) idarə olunması üzrə çalışan əməkdaşlara informasiya sistemlərinin istismarı ilə bağlı bilik və bacarıqları aşılamaq, müəssissələrin İS-dən istifadə edərək işlərinin asanlaşdırılması və daha səmərəli olmasına nail olmaqdır.

Təlim Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankının Layihənin Əlaqələndirmə Qrupunun dəstəyi ilə həyata keçirilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL