waplog

Dünyanın ən nazik “ağıllı” telefonu təqdim edilib


"Alcatel" şirkəti "CES 2013" sərgisinə "One Touch" xəttinə mənsub "ağıllı" telefonlar gətirib. Onların arasında ən maraqlısı "Idol Ultra" modelidir. İstehsalçı onu dünyanın ən nazik "ağıllı" telefonu adlandırıb. Modelin qalınlığı 6,45 millimetr təşkil edir.

Cihaza "Android Jelly Bean" mobil əməliyyat sistemi quraşdırılıb. "ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Alcatel Idol Ultra" HD təsvir ölçülü 4,7 düymlü "AMOLED" ekran, 1,2 QHs takt tezliyində işləyən ikinüvəli prosessor və videonu 1080p təsvir ölçüsündə yazmaq imkanına malik 8 meqapikselli kamera ilə təchiz edilib.

Aparatın qiyməti haqqında məlumat yoxdur. Şirkət yalnız bildirib ki, yanvarda onun satışlarına start veriləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL