waplog

Məşhur oyun konsollarının istehsalı dayandırıldı


“Sony” şirkəti “PlayStation 2” oyun konsolunun istehsalını dayandırıb. Bu barədə “The Guardian” nəşri məlumat verib. Bəzi ekspertlər qeyd etdiyi kimi, köhnə oyun konsolunun istehsalının dayandırılması “Sony” şirkətinin yaxın vaxtlarda “PlayStation 4” kimi tanınan yeni nəsil oyun konsolunun istehsalına başlayacağından xəbər verir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Yaponiya istehsalçısı bu barədə şərh verməkdən imtina etsə də, “PS4” konsolunun 2013-cü ilin sonuna kimi təqdim ediləcəyi gözlənilir. Məlumat üçün bildirək ki, “PlayStation 2” oyun konsolu 2000-ci ilin martında istehsal edilib.

O, dünyada ən çox satılmış oyun konsoludur: qeymerlər indiyə qədər 150 milyondan çox konsol satın alıblar, PS2 üçün satılmış oyunların sayı isə 1.5 milyardı ötüb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL