waplog

“Trakdot Luggage” vasitəsilə baqajınızdan xəbərdar olacaqsınız


Yəqin ki bir çoxlarınız uçuşlar zamanı baqajın itirilməsi halları ilə rastlaşmısınız. Statistikaya əsasən, aeroportlarda il ərzində 26 milyona qədər çanta və çamadan itir. “Trakdot Luggage” qurğusu baqajınızın hərəkətini izləyərək bu problemin bir hissəsini həll edə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, kiçik ölçülü qurğu baqaja yerləşdirilir və əlçatan simsiz (həmçinin mobil) şəbəkələrlə “ünsiyyət” yaradaraq onlara görə öz mövqeyini müəyyənləşdirir. “Android” və “iOS” üçün tətbiq vasitəsilə çamadanın yerdəyişməsinə nəzarət etmək mümkündür.

Daha köhnə telefonlar üçün “SMS” xidməti vasitəsilə bildiriş göndərilməsi mümkündür. “Trakdot Luggage” 2013-cü ilin martında satışa çıxarılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL