waplog

“Samsung” səkkiznüvəli mobil prosessorunu təqdim edib


"Samsung" şirkəti yanvarın 8-də ABŞ-ın Las-Veqas şəhərində öz işinə başlamış "CES 2013" sərgisində "Exynos 5 Octa" mobil prosessorunu təqdim edib. Prosessor 8 hesablama nüvəsinə malikdir.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Exynos 5 Octa" mobil prosessoru planşet və "ağıllı" telefonlarda istifadə üçün nəzərdə tutulub. "Samsung" prosessorunu hazırlayarkən çoxməsələlik və "3D" qrafikanın məhsuldarlığının artırılmasına daha çox əhəmiyyət verib.

Eyni zamanda çipin enerji sərfiyyatının azaldılması üçün səy göstərib. "Exynos 5 Octa" mobil prosessoru 28 nanometr texnoloji proses üzrə hazırlanıb. "Exynos" ailəsinə mənsub prosessorlar "ARM" arxitekturası əsasında hazırlanır. Onlar "Samsung" və "Meizu" şirkətlərinin istehsalı olan planşet və "ağıllı" telefonlarda istifadə olunur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL