waplog

Gədəbəyin elektron ATS-ləri optik kabellə təmin olunacaq


Gədəbəy rayonunda 21 kənd elektron ATS-dən 17-nin birləşdirici xətti optik kabellə təmin olunub. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə rayon Telekommunikasiya Qovşağının rəisi Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə, bütün stansiyaların optikləşdirilməsi üçün rayonun Şınıx kəndi istiqamətində, Arıqdam, Çanaqçı, Gərgər, Kiçik Qaramurad kənd EATS-nin də optikləşməsi təmin ediləcək.

Rəis adıçəkilən istiqamətdə optik kabelin çəkilişinin bu ilin birinci rübündə başa çatacağını bildirdi. Rayonun Slavyanka, Zəhmət, Söyüdlü, Novasaratovka, Novaivanovka kənd EATS-lərində 264 ADSL portu istifadəyə verilib. Rabitə üzrə abonentlərin sayı artıq 5770-ə çatıb. Rayon üzrə optik abunəçilərin sayı 320-dir. İnternet istifadəçilərinin sayında da artım müşahidə edilib.

Qeyd edək ki, rayon rabitəsinin Şəmkir istiqamətində TAE fiber-optik kabel xəttinə birləşməsindən sonra artıq rayonda keyfiyyətli telefon rabitəsi ilə yanaşı, yüksəksürətli internet vermək mümkün olub.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL