waplog

Əlvida, ənənəvi kitablar!


Kitabsız kitabxana. Qəribə səslənsə də, lakin 2013-cü ilin payızında Texas ştatının San Antonio şəhərində məhz belə kitabxana açılacaq. Amerika KİV-nin məlumatına əsasən, "BiblioTech" dünyada ilk kütləvi elektron kitabxana olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, layihənin təşəbbüskarı qismində yerli hakim Nelson Vulf çıxış edib. Vulfun sözlərinə görə, "Apple" korporasiyasının təsisçisi Stiv Cobsun tərcümeyi-halını oxuması onu elektron kitabxana yaratmağa ruhlandırıb.

"Mən kitab həvəskarıyam. Onlar mənim üçün böyük əhəmiyyət daşıyır. Lakin dünya dəyişir. Mümkün qədər çox insanı mütaliəyə cəlb etmək üçün bu layihənin daha səmərəli üsul olduğunu düşünürəm" – Vulf bildirib. Əvvəlcə kitabxanada təxminən 100 bukrider (elektron kitabları oxumaq üçün qurğu) olacaq. Onları qiraət zalında istifadə etmək, həmçinin müəyyən müddətə evə aparmaq mümkün olacaq. Bundan başqa, bütün arzu edən şəxslər "BiblioTech"-ə öz qurğuları ilə gələ və ona bəyəndikləri kitabı yükləyə biləcəklər.

"Kitabxana pulsuz olacaq. Yalnız materialların çapına ödəmə lazım olacaq" – layihənin müəllifi qeyd edib. Bundan başqa, gələcəkdə kitabxanada xüsusi uşaq otağı da yaratmaq planlaşdırılır: uşaqlar orada elektron kitablar oxuya biləcəklər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL