waplog

İngilis dilinin tədrisində elektron təhsil resurslarından istifadəni genişləndirmək üçün təlimlər keçiriləcək


2013-cü ilin mart ayının sonunadək Bakı, Quba, Hacıqabul, Şamaxı və Lənkəran şəhərlərində işləyən 250 ingilis dili müəlliminin peşəkarlıq səviyyəsinin artırılması üzrə təlimlər keçiriləcək. Təlimlər "Mədəd Azərbaycan" təşkilatı tərəfindən "British Council" təşkilatının dəstəyi ilə "İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsinin ikinci mərhələsi çərçivəsində təşkil olunacaq.

"Mədəd Azərbaycan" təşkilatından "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, layihənin əsas məqsədi ingilis dilinin tədrisində elektron təhsil resurslarından istifadəni genişləndirməkdir. Təlimlərdə müəllimlər "British Council" tərəfindən təqdim olunmuş

http://learnenglish.britishcouncil.org.uk; http://learnenglishkids.britishcouncil.org.uk; http://www.teachingenglish.org.uk; http://learnenglishteens.britishcouncil.org.uk  elektron təhsil resursları ilə yaxından tanış olacaqlar:

"Bununla yanaşı, təlimlərdə müəllimlərə "Microsoft Təhsildə Əməkdaşlıq" internet şəbəkəsindən səmərəli istifadə etməklə onlayn müəllim icmalarının yaradılması üzrə praktik vərdişlər aşılanacaq. Nəticə etibarilə layihədən kənarda əməkdaşlıq çərçivəsində davamlı şəkildə elektron resurslarını sinif otaqlarında tətbiq edən müəllim qrupu formalaşacaq". Təşkilatdan qeyd edilib ki, "İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində 2012-ci ildə Bakı, Sumqayıt, Şirvan, Göyçay və Mingəçevir şəhərlərində işləyən 114 müəllim artıq analoji təlimlərdən keçib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL