waplog

Pəncərələri silən robot hazırlanıb (VİDEO)


Evdə müxtəlif işləri görən robotların mövcudluğu haqqında bir çoxları məlumatlıdır. Bu yaxınlarda təqdim edilmiş “Winbot 7” robotu isə pəncərələri təmizləyir. Qeyd edək ki, “Winbot 7” dünyada bu tipli birinci robotdur.

“ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, “Winbot 7” robotunda ikiqat vakuum sistemindən istifadə edildiyinə görə o, pəncərə şüşəsinə möhkəm yapışaraq pəncərələri təmizləməyə başlayır.

Üçpilləli təmizləmə sistemi nəm süngər və quru parçadan istifadə edir və şüşələrdə heç bir ləkə saxlamır. “Winbot 7” robotunun qiyməti təxminən 300-400 dollar təşkil edəcək və o, cari ilin yayında satışa çıxarılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL