waplog

Müasir texnologiyalarla təchiz olunacaq daha bir məhkəmə kompleksinin tikintisinə başlanılır


Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində son 2 il ərzində respublikamızda 4 yeni məhkəmə binasının təməli qoyulub. Bütövlükdə isə vahid konsepsiya əsasında və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, bəziləri üzrə artıq tikintiyə başlanılıb.

Sabunçu rayonunda da 2 məhkəmənin - rayon və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələrinin yerləşəcəyi paytaxtımızda ilk məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov qeyd edib ki, yeni istifadəyə verilmiş məhkəmə binalarında olduğu kimi, müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq bu kompleksdə də proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılacaq.

Tətbiq olunan İKT-lər təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verəcək, hakimlərlə vətəndaşların hər hansı qeyri-prosessual münasibətinin qarşısının alınması üçün bina ictimai və inzibati zonalara bölünəcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL