waplog

“İntel” masaüstü kompüterlər üçün sistem lövhə istehsalını dayandıracaq


“İntel” şirkəti 3 il ərzində masaüstü kompüterlər üçün sistem lövhə istehsalını dayandıracaq. Bu barədə şirkətin nümayəndələrinin bəyanatına istinadən “AnandTech” məlumat yayıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “İntel” sistem lövhə istehsalı ilə məşğul olan bölməsini bağladıqdan sonra oradakı heyətini digər bölmələrə keçirəcək. “Haswell” arxitekturasında hazırlanacaq sistem lövhələri şirkətin ticarət markası altında buraxılmış sonuncu məhsul olacaq. Şirkət söz verib ki, sistem lövhələrindən planlaşdırılmış imtina alıcıların işinə təsir etməyəcək:

“İntel”in sistem lövhəsini satın almış və ya almağı planlaşdıranlar üçün zəmanət şərtləri və texniki dəstək əvvəlki kimi qalacaq. Masaüstü FK üçün sistem lövhəsinin istehsalından imtina edən “İntel” yeni form-faktora malik qurğulara (ultrabuk, planşet, monoblok və s.) diqqət ayıracaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL