waplog

Neft daşları və Cilov adası poçt şöbələri kompüterləşib


Neft Daşlarında 68 və Cilov adasında 64 saylı poçt şöbələri kompüterləşdirilib. Bu barədə "ICTnews.az"-a məlumat "Azərpoçt" MMC-dən verilib.

Poçt şöbələri mobil operatorun dəstəyi ilə "3G" simsiz texnologiyanın dəstəyi ilə mərkəzi serverə bağlanıb. Poçt şöbəsində müştərilərə bütün poçt xidmətlərinin göstərilməsində heç bir problem yoxdur.

Bu barədə məlumat verən 4 saylı poçt filialının rəisi Yaşar Seyidov bildirib ki, hər iki məntəqəyə poçtun çatdırılması Dövlət Neft Şirkətinin vertolyotları vasitəsilə həyata keçirilir. "Hər gün poçt göndərişləri mübadilə avtomobilləri ilə Pirallahı qəsəbəsinə yola salınır. Oradan da vertolyotlarla məntəqələrə çatdırılır " - deyə Y.Seyidov qeyd edib.

Qeyd edək ki, Neft Daşlarında poçtla əlaqə kommutator vasitəsilə həyata keçirilir. Əvvəllər Poçt şöbələrində kompüter yerləşdirmək mümkün olmadığından teleqramların göndərilməsi telefon vasitəsilə həyata keçirilir. Xatırladaq ki, hər iki məntəqə Xəzər dənizində yerləşir və poçt şöbələri müvafiq binalarda olmaqla tələblərə cavab verir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL